Ana səhifə / Aktual / İlham Əliyev Ukraynadakı vətəndaşlarla bağlı tapşırıq verib

İlham Əliyev Ukraynadakı vətəndaşlarla bağlı tapşırıq verib

“Rusiya-Ukrayna müharibəsi uzun müddət davam edərsə, nəinki Azərbaycanın, bütün dünyanın iqtisadiyyatına öz təsirlərini göstərə bilər”.

Bu sözləri millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlamasında deyib.
Millət vəkili Rusiyaya qarşı tətbiq olunan sanksiyaların kifayət qədər ağır olduğunu deyib:
“Rusiyanın beynəlxalq maliyyə-ödəniş sistemindən çıxarılması çox şeydən xəbər verir. Rusiyada milli valyutanın ucuzlaşması problem yaradacaq. Rusiya iqtisadi əlaqəsi güclü olan dövlətlərdən biri idi, bizim ticarət dövriyyəmiz 3.2 milyard dollardır, biz onlardan 2 milyard dollarlıq məhsul alırıq, 1 milyard dollarlıq məhsul isə ixrac edirik. Bu proseslər davam edərsə, Azərbayacana da təsiri olacaq. Lakin orada qiymət ucuzlaşması gedərsə, onda bizim daxili bazarımıza müsbət təsir edə bilər.
O cümlədən, Ukrayna ilə də 1 milyard dollara yaxın ticarət əlaqəmiz var. Bu sahədə də müəyyən problemlər yarana bilər.
Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə orada buğda istehsalı ilə əlaqədar torpaq icarəyə götürüldüyünü qeyd etdi. Lakin müharibə zamanı onun istifadəsi bir qədər çətinlik yaradacaq. Eyni zamanda, ola bilər, Rusiya bazarında buğdanın qiymətində dəyişiklik olsun”.

V.Əhmədov bu müharibə ilə bağlı Azərbaycanın mövqeyinə toxunub:
“Bu müharibənin həlli, atəşkəs elan edilməsi ilə əlaqədar Türkiyə və Azərbaycan prezidentləri çox çalışırlar. Həm Putin, həm də Zelenski ilə danışıblar ki, masa arxasında oturub atəşkəs elan etsinlər. Buna da onlar müəyyən səbəblərə görə getmək istəmirlər”.

Deputat Ukraynadakı tələbələrlə bağlı da danışıb.

“Tələbələrlə əlaqəli konkret müraciət olacaqsa, hökumət bu məsələni də gündəmdə saxlayacaq. Yəni məsələlərin hamısı gündəmdədir, çünki dövlət başçısı İlham Əliyevin bununla əlaqədar həm Xarici İşlər Nazirliyinə, həm də Azərbaycan hökumətinə xüsusi tapşırıqları var”” – deyə millət vəkili əlavə edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …