Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İlham Əliyev “Rossiya 24”ə müsahibə verdi – Video

İlham Əliyev “Rossiya 24”ə müsahibə verdi – Video

Rusiyanın “Rossiya 24” telekanalı “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-Prisindən reportaj hazırlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, telekanalın əməkdaşı Boris Maqsudov Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb. Dövlət başçısı müsahibəsində qeyd edib ki, Bakıda baş tutan yarışı təxminən yarım milyard insan izləyib:

“İlk yarışmadan sonra turizm sahəsində 22 faiz, ikincidən sonra isə 20 faiz artım olub. Buna görə də bu, ölkəyə, şəhərə böyük gəlir gətirir. Hesablamalara görə, Azərbaycan “Formula 1”dən artıq təxminən 300 milyon dollar gəlir əldə edib”.

Maqsudov eyni zamanda, Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo və “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappendən qısa müsahibə alıb. 


Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …