Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / İlham Əliyev müşavirədə icra başçısına irad tutdu – Video

İlham Əliyev müşavirədə icra başçısına irad tutdu – Video

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı müşavirədə pambıqçılıq sahəsi üzrə Ucar rayonunda məhsuldarlığın aşağı səviyyədə olduğunu bildirib.

Ölkə prezidenti bunun səbəbini öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova sual ünvanlayıb. İcra başçısı isə öz növbəsində bildirib ki, pilot layihələr rayonda tətbiq olunub və növbəti illərdə daha yüksək məhsuldarlıq olacaq. Prezident İlham Əliyev isə növbəti illəri yox, bu il nəyə görə məhsuldarlığın aşağı səviyyədə olduğunu soruşduğunu söyləyib. İcra başçısının cavabından narazı qalan dövlət başçısı Mənsur Məmmədova irad bildirərək buna fikir verməli olduğunu diqqətə çatdırıb.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …