Ana səhifə / Aktual / İlham Əliyev Moskvadadır – Video

İlham Əliyev Moskvadadır – Video

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqların aparılacağı zirvə görüşündə iştirak etmək məqsədilə Moskvada səfərdədir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

***

Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib.

Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlət başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …