Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İlham Əliyev “Moskva razılaşması”ndan danışdı

İlham Əliyev “Moskva razılaşması”ndan danışdı

“Gecə və səhər saatlarında (oktyabrın 9-dan 10-na keçən gecə, -red.) mən erməni qüvvələrinin bir çox istiqamətlərdə irimiqyaslı əks hücum cəhdləri haqda məlumat aldım: həm Hadrutu, həm Cəbrayılı geri almaq, həm şimal istiqamətində itirdiklərini geri qaytarmaq cəhdləri haqda. Onlar görəndə ki, Moskvada tərəflər razılaşma əldə edə bilər, itirdilkləri və onlara məxsus olmayan əraziləri maksimum geri qaytarmağa cəhd etdilər. Ona görə də atəşkəs rejiminin möhkəmliyi üçün başlıca amil bundan ibarət olmalıdır ki, Ermənistan həmin ərazilərin bizə məxsus olduğu ilə barışmalı, həmin torpaqları bir daha heç vaxt görməyəcəyini dərk etməli və onları geri qaytarmaq cəhdlərini dayandırmalıdır”.

Virtualaz.org bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK agentliyinə müsahibəsində belə deyib.

İlham Əliyev bəyan edib ki, Azərbaycan danışıqlar masası arxasında erməni tərəfinin konstruktiv yanaşmasına, danışıqlar prosesinin imitasiyası cəhdlərindən  və təxribat cəhdlərindən əl çəkdiyinə əmin olmaq istəyir. Habelə onun sözlərinə görə, Ermənistan tərəfi təxribatçı hərəkətlərdən və bəyanatlardan əl çəkməli, münaqişənin həllinin yollarının tapılmasına sadiqliyini nümayiş etdirməlidir. Azərbaycan prezidenti qeyd edib ki, son illər ərzində Ermənistan danışıqlar prosesini pozmaq və məsuliyyəti Azərbaycanın üzərinə atmaq cəhdləri edib.

İlham Əliyev xüsusi qeyd edib ki, Moskva danışıqlarında Azərbaycan Ermənistanın tam kapitulyasiyasını tələb etmədi. “Biz başa düşürük ki, Paşinyanın rejimi olduqca əlçatandır, zəifdir. O, eskalasiyaya qədər də bir sıra daxili siyasi səbəblər üzündən əlçatan idi. İndi isə o daha da zəifləyib. Və mən hesab etmirəm ki, Ermənistanda indi hansısa yeni inqilabın baş verməsi və hakimiyyətə qatı millətçilərin, radikalların, azərbaycanofobların gəlməsi Azərbaycanın maraqlarına uyğundur. Ona görə də biz razılaşdırılmış həmin bəyanat çərçivəsində konkret vaxtın (erməni qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasına dair,-red.) qoyulmasında israr etmədik. Lakin bu bəyanat şübhəsiz ki, erməni qüvvələrinin bizim işğal olunmuş ərazilərimizdən çıxarılmasını nəzərdə tutur. Çünki bəyanatda substansiv danışıqlara istinad edilir, bu isə baza prinsipləri deməkdir, orada isə konkret yazılıb ki, beş rayon nə vaxt azad edilir, qalan 2 rayon nə vaxt qaytarılır”,-Azərbaycan Prezidenti deyib.

Virtualaz.org

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …