Ana səhifə / Aktual / İlham Əliyev krala məktub göndərdi – Yeniləndi

İlham Əliyev krala məktub göndərdi – Yeniləndi

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Arif Alviyə təbrik məktub göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Alvi,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan münasibətləri xoş ənənələrə malikdir. Qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənələri bariz şəkildə ifadə edir.

İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

***

Prezident İlham Əliyev Esvatininin Kralı Əlahəzrət III Msvatiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd edilir:

Əlahəzrət,

Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza sülh və tərəqqi arzulayıram.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …