Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / İlham Əliyev yeni seçilən prezidenti təbrik etdi

İlham Əliyev yeni seçilən prezidenti təbrik etdi

Dövlət başçısı İlham Əliyev Pakistanın yeni seçilmiş prezidenti Arif Alviyə təbrik məktubu ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Alvi,

Pakistan İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Pakistan münasibətləri xoş ənənələrə malikdir. Qardaş xalqlarımızın iradəsindən qaynaqlanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu ənənələri bariz şəkildə ifadə edir.

İnanıram ki, strateji tərəfdaşlığımızın qorunub saxlanması və daha da möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Pakistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …