Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / İlham Əliyev həmkarlarına başsağlığı verdi

İlham Əliyev həmkarlarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

***

Dövlət başçısı eyni zamanda hadisə ilə əlaqədar Ukraynanın Prezidenti Vladimir Zelenskiyə də məktub ünvanlayıb: 

“Hörmətli cənab Prezident,

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …