Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Aktual / İlham Əliyev Fəxri Xiyabana getdi

İlham Əliyev Fəxri Xiyabana getdi

Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyub.

Mərasimdə dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.

Bu gün Heydər Əliyevin anadan olmasının 95 il ötür.

Həmçinin oxuyun

Fikrət Məmmədov həbsxanadakı nöqsanlara niyə göz yumub? – Ombudsman nələri üzə çıxardı?

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri …