Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Aktual / İlham Əliyevə sülhpərvər deyən erməni aktyoru linç etdilər

İlham Əliyevə sülhpərvər deyən erməni aktyoru linç etdilər

Ermənistanın tanınmış aktyoru Hovhannes Azoyanın Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın feysbuk hesabına yazdığı şərh ölkəsində müzakirələrə səbəb olub. Buna səbəb isə onun Prezident İlham Əliyevin Qarabağda lentə alınan görüntülərinə rəy yazması olub. Aktyor ingilis dilində “İlham Əliyevin simasında sülhü görürəm, dünyada sülh olsun, yenidən müharibə başlamasın”,- deyə qeyd edib. 

“Qafqazinfo” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarı kimi bilinən Azoyanın bu addımından sonra ona qarşı linç kampaniyası başladılıb. Ölkənin ictimai simaları, humanitar və siyasi təşkilatlar onu satqınlıqda ittiham edib, sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid-təhqirlərə məruz qalıb. Daha sonra yazdığı şərhi silmək məcburiyyətində qalıb. 

Məsələ erməni mediasında da geniş işıqlandırılıb və Hovhannes əleyhinə məqalələr dərc edilib. 

H.Azoyan ona qarşı aparılan kampaniyanın son qoyulması barədə feysbukda post paylaşıb. Aktyor sülhün tərəfdarı olduğunu qeyd edib:

“Qoy mənə qarşı hər kəsin nifrəti, kin-küdurəti bitsin. Ürəyimdə sülh hökm sürür”. 

Onun sözügedən postuna iki minə yaxın təhdid dolu şərhlər yazılıb. 

Həmçinin oxuyun

İtkin düşmüş hərbi qulluqçuların axtarışları davam etdirilir

Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti …