Şənbə , Aprel 20 2024
Ana səhifə / İlhaməsiz 73 yaş… – Fotolar + Video

İlhaməsiz 73 yaş… – Fotolar + Video

Bu gün xalq artisti İlhamə Quliyevanın ad günüdür.

Qafqazinfo” xəbər verir ki, xalq artisti 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (“Azkonsert”) solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.

İlhamə Quliyeva 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.

Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır.

Quliyevanın “Neylərsən”, “Unut məni”, “Yaşın nə fərqi var ki”, “Ay Qaragilə” və digər onlarla mahnısı illərlə populyarlığını qoruyub. Azərbaycan və Dağıstanın xalq artisti adını alan sənətkar ölkə prezidenti tərəfindən “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif olunub.

Primaddona bu il, fevralın 25-də dünyasını dəyişib.

İlhaməsiz 73 yaş... -  Fotolar + Video
İlhaməsiz 73 yaş... -  Fotolar + Video
İlhaməsiz 73 yaş... -  Fotolar + Video
İlhaməsiz 73 yaş... -  Fotolar + Video
İlhaməsiz 73 yaş... -  Fotolar + Video
İlhaməsiz 73 yaş... -  Fotolar + Video

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın