Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İlhamənin bacısından miras açıqlaması: “Kimə lazımdırsa, ona da veriləcək”

İlhamənin bacısından miras açıqlaması: “Kimə lazımdırsa, ona da veriləcək”

Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra gündəmə gələn miras qalmaqalına bacısı da qoşulub.

Mərhum müğənninin bacısı Gülbahar Quliyeva “Qafqazinfo”ya açıqlamasında söz-söhbətlərin artacağını, tufan qopacağını bildirib:

“Əli Mirəliyev kimdi? Əli İlhamənin dayısı qızının əridir, heç kimdir. Bizim İlhamənin yasını tuturuq. Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik. Hamı bizim kim olduğumuzu bilir. İlhamənin bizə olan münasibətindən də xəbərdardırlar. Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumuda deyil. Bacım onları heç vaxt öz yaxınına buraxmayıb. Bu söhbətlər, mal davasıdır? Vallah, ayıbdır. İlhamənin mal varlığını Allah bilir.

Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə bir yerdən qızı da çıxdı. Xəstə qadınam, belə şeylərə əsəbiləşirəm. Ay Allah, bunlar necə adamdırlar? Bu gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq. Bu məsələni danışanlara ayıb olsun. Bunlar öz aralarında çox vuruşacaqlar”.

Həmçinin oxuyun

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə …

Bir cavab yazın