Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İlhamə Quliyevanın miras davasında qohumlar razılığa gəlib

İlhamə Quliyevanın miras davasında qohumlar razılığa gəlib

Mərhum xalq artisti İlhamə Quliyevanın miras davası ilə bağlı araşdırmalar davam etdirilir.
Bu haqda Modern.az saytına mərhumun oğlu Orxan Nadirovun vəkili Habil Vəliyev məlumat verib. O deyib ki, Orxan Nadirovdan başqa vərəsəlik iddiasında olan digər qohumlar, o cümlədən İ.Quliyevanın bacısı Gülbahar Quliyeva birgə razılığa gəliblər:
“Mən onların ailə məsələlərinə qarışmıram. Bəzi nüanslar var ki, ailədaxili məsələ olduğu üçün onları açıqlamaq səlahiyyətində deyiləm. Xalq artistinin vərəsəlik iddiasında olan bacıları və digər qohumları var. Amma bildiyim qədəri ilə qohumlar arasında soyuq münasibətlər aradan qalxıb. Onların əksər hissəsi, o cümlədən xalaları Orxan Nadirovu dəstəkləyir və onu qəbul edirlər. Ümumiyyətlə, qohumlar Orxanı çox istəyirlər. Güman edirəm ki, yaxın müddətdə bu barədə ictimaiyyətə məlumat veriləcək”.
Miras qalmaqalında daha çox cənfəşanlıq edən Əli Mirəliyevə gəldikdə, vəkil onun vərəsəliyə iddialı olmadığını, ümumiyyətlə qanunun buna yol vermədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, 2016-cı il fevral ayının 25-də dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın mirasına həbs qoyulub. Orxan Nadirov İlhamə Quliyevanın övladlığa götürdüyü və rəsmiləşdirmədiyi övladı olduğundan miras ətrafında qalmaqal yaşanıb.
İ.Quliyevanın vəkili Elmira Məmmədovanın mətbuata verdiyi açıqlamaya görə, xalq artistinin Mərdəkanda və Buzovna yolunun üstündə yerləşən iki bağı, 50 sot sənədli torpağı, Bakının mərkəzində 4 evi var. Bundan başqa, onun “İnfiniti” və “Luimizin” markalı 2 avtomobili, çox miqdarda da qızıl-zinət əşyaları qalıb.

Həmçinin oxuyun

Diplomatik korpusların nümayəndələri Bərdə və Tərtərə gedir

“Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq media və diplomatik korpuslara göstərmək …

Bir cavab yazın