Ana səhifə / İlhamə Quliyeva son nəfəsində Əli Mirəliyevi yanına çağırıb

İlhamə Quliyeva son nəfəsində Əli Mirəliyevi yanına çağırıb

Xəbər verildiyi kimi, bu gün səhər Azərbaycanın xalq artisti İlhamə Quliyeva vəfat edib.
Hazırda mərhumun evinin önündə olan əməkdaşımız xəbər verir ki, xalq artisti səhər saatlarında ürəktutmasından vəfat edib. Halı pisləşən İ.Quliyevanın son sözü o olub ki, Əli Mirəliyevi və qızını onun yanına çağırsınlar. Bu barədə jurnalistlərə müğənni Əli Mirəliyev deyib.
Qeyd edək ki, Əli Mirəliyev İlhamə Quliyevanın dayısı oğludur.
Televiziya aparıcı Elgiz Əkbər İlhamə Quliyevanın yanına jurnalistlərin buraxılmamasına etiraz edib: “Birinci dəfə görürəm ki, yas yerinə jurnalistlər buraxılmır, bu qədər polis var. Bu da bizdə şübhə doğurur. İnsan əcəli ilə ölübsə, imkan versinlər yanına gedək. İlhamə vəsiyyət etdi. Dedi ki, anamın üzərinə salınan qırmızı yaylığı üstümə örtərsiniz və mümkünsə, məni tabutda basdırın”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın