Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İlhamə qalmaqallardan sonra ilk dəfə – Canlı efirdə+Video

İlhamə qalmaqallardan sonra ilk dəfə – Canlı efirdə+Video

Xalq artisti İlhamə Quliyeva eks-köməkçisi Mehriban Hüseynova ilə bağlı qalmaqaldan sonra ilk dəfə canlı efirə qoşulub.

“Qafqazinfo” xəbər verir ki, xalq artisti “Həyat tərzi” verilişində qonaq olan Röya Ayxana təriflər yağdırıb:

“Röya Azərbaycan şou-biznesinin, ürəyimin kraliçasıdır. Röya səmimi və gözəl insandır. Səsindən heç bir yerdə yoxdu, sinədən oxuyur. Hamı pişik kimi miyoldayır.Təriflədiyim bəzi insanlar həddini aşırlar, ancaq Röya böyük-kiçik yeri bilir. Röya bilir ki, o mənim ürəyimdir. Sənin həyatın və xoşbəxtliyin oğlundur”

Xalq artisti İlhamə Quliyeva sətiraltı olaraq Flora Kərimovaya söz atıb:

“Röya, sən çoxdan layiq olduğun adı aldın. Səni istəməyənin gözü çıxsın. Kim sənin haqqında pis fikirləşirsə, öz canına düşsün. Röyanın hədiyyəsi məndədir, nə olduğunu desəm çoxlarının ürəyi partlayar. Onun əməkdar artist adı SSRİ xalq artisti adı səviyyəsindədir”.

Qeyd edək ki, Flora Kərimova “ATV maqazin onlarla” verilişinə açıqlamasında Röyanın heç vaxt sənətkar olmayacağını açıqlamışdı:

“Röya illərlə gündəmdə ola bilər, ancaq heç vaxt sənətkar ola bilməz”.

Həmçinin oxuyun

DTX 105 yaşında – VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. Azinforum.az xəbər verir ki, qurumun sosial …

Bir cavab yazın