Ana səhifə / İlhamə hökm verdi: “Qanunu mən qoyuram”

İlhamə hökm verdi: “Qanunu mən qoyuram”

“Özünü sənətkar hesab edib, ona-buna lağ edənlər var”.
Axar.az xəbər verir ki, bu sözləri müğənni İlhamə Quliyeva bəzi müğənnilər haqda danışarkən deyib.
O, müğənniləri geyimlərinə görə tənqid edib: “Bəziləri altdan şortik, üstündən şifon bir paltar geyinib efirə çıxır. Muğam ifaçısı bunu edə bilməz. Bu, müasir ifaçılara yox, estrada ifaçılarına yaraşar. Belə geyimdə efirdə iri planda göstəriləndə beldən aşağı paltarsız görünür.
Özünü sənətkar hesab edib, ona-buna lağ edənlər var. Başqalarını müzakirə edənlər gedib güzgüyə baxsın, görsün nəyə oxşayır. Kimi müzakirə edirsən? Get tərcümeyi-halını vərəqlə, gör sən kimlərdən danışırsan. Bir kəs başından böyük danışıb deyə bilməz ki, İlhamə qanun qoya bilməz. Qanun qoyanın ən yuxarısıyam mən. Qanunum kimi qane etmir, gedib su içsin”.

Həmçinin oxuyun

“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” – Deputat

“Şəkər xəstələrinin istifadə etdikləri “Synjardy” adlı dərman preparatının son iki ildir, bir qutusu 72-74 manata …

Bir cavab yazın