Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / İlahiyyatçıdan Həcc ziyarətinə gedə bilməyənlərə: – “Belə savab edin…”

İlahiyyatçıdan Həcc ziyarətinə gedə bilməyənlərə: – “Belə savab edin…”

“Bu il Həcc ziyarəti təxirə salındı. Amma ən böyük savab və gözəl iş olardı ki, o şəxslər Həcc ziyarətinə xərcləyəcəkləri vəsaiti ölkəmizdəki ehtiyacı olan insanlara və ya tibbi ləvazimatlara xərcləsinlər”.

Bu fikirlərlə Cebhe.info-ya ilahiyyatçı-yazar Tural İrfan çıxış edib.

Onun sözlərinə görə, pandemiyalı durumda ölkə vətəndaşlarına ən gözəl savab Həcc ziyarətinə toplanan vəsaitin insanlara yardımla kompensasiya edilməsidir:

“Məsələn, həmin pulu tibbi maskalara, spirtə verib insanlara paylasınlar, sosial durumu zəif olan ailələrə, uşaq və qocalar evlərinə dağıtsınlar. Əgər belə etsələr gedəcəkləri, lakin gedə bilmədikləri ziyarətin savabından daha artıq savab qazanarlar. Quranın hökmu də bunu diktə edir”.

Qeyd edək ki, bu il xarici zəvvarlar üçün Həcc ziyarəti ləğv olunub. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri üzrə Nazirliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən İslamın müqəddəs şəhərləri Məkkə və Mədinəyə bu il Həcc ziyarətini ləğv edib.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …