Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / İkinci “İlham-Fərizə dastanı” 30 il sonra Tərtərdə yaşandı – ŞOK OLAY…

İkinci “İlham-Fərizə dastanı” 30 il sonra Tərtərdə yaşandı – ŞOK OLAY…

90-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixində təkcə işğalçıya qarşı ümummilli dirəniş kimi deyil, həm də qəhrəmanlıq və fədakarlıq salnaməsi kimi qaldı. 
Həyat yoldaşı İlhamın namərd gülləsindən həlak olmasına dözməyən Fərizə intihar etdi və bu iki gəncin sevgi dastanı dillərə dastan oldu.
Aradan tam 30 il keçdikdən sonra buna bənzər ikinci bir olay bu gün Tərtərdə yaşanıb.
Məlumatı Moderator.az-a əslən Tərtərin Sarıcalı kəndindən olan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl verib.
Onun bildirdiyinə görə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuş 95-ci il təvəllüdlü Məmmədov Mehdi Elçin oğlunun bu gün səhər saatlarında Sarıcalı kəndində dəfn mərasimi keçirilib. 
Mərasim başa çatmamış xəbər gəlib ki, Şəhidimizin nişanlısı Səfərova Mələk Valeh qızı da Mehdinin yoxluğu ilə barışa bilməyərək özünə qəsd edib. Kənd sakinləri indi də Mələyi son mənzilə yola salırlar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …