Şənbə , Avqust 24 2019
Ana səhifə / Aktual / İKİ TANINIMIŞ VƏKİL ARASINDA QALMAQAL – ” ADƏM MƏMMƏDOV AZƏRBAYCAN KİŞİSİNƏ YARAŞMAYAN ÜSLUBDA ANAMIN BARƏSİNDƏ…”

İKİ TANINIMIŞ VƏKİL ARASINDA QALMAQAL – ” ADƏM MƏMMƏDOV AZƏRBAYCAN KİŞİSİNƏ YARAŞMAYAN ÜSLUBDA ANAMIN BARƏSİNDƏ…”

Azinforum.az xəbər verir ki, tanınmış vəkil Elçin Sadıxov həmkarı Adəm Məmmədov barəsinndə sərt  üslubda status paylaşıb. Elçin Sadıxov qeyd edir ki, Adəm Məmmədov məqsədinə çatmaq üçün  ona və aləsinə qarşı çirkin kampaniya aparır.  Adəm Məmmədovun da cavab haqqını tanımaq şərti ilə Elçin Sadıxovun fikirlərini olduğu kimi təqdim edirik:
“Mən 10 ildən artıq vəkillik təcrübəsinə sahibəm. Vəkillik karyeram boyunca nüfuzlu siyasi xadimlərdən, mülkiyyət və digər haqları pozulan sıravi vətəndaşlardan tutmuş, şübhəli ittihamlarla həbs olunan jurnalistlərə qədər yüzlərlə insanın hüquqlarını müdafiə etmişəm. Bir çoxlarını narahat etmiş olsa da fəaliyyətimi hər zaman olduğu kimi ləyaqətlə davam etdirməkdəyəm. Bu peşənin nə qədər çətin, diqqət tələb edən olduğunu, vəkilliklə məşğul olan hər kəsin hansı məsuliyyət daşıdığını gözəl anlayıram. Bütün vəkillərə öz işlərində güclü olmalarını, hüquqlarını müdafiə etdikləri şəxslərə yardımçı ola bilmələrini arzulayıram. Ancaq hər bir işdə, peşədə olduğu kimi bu sahədə fəaliyyət göstərən şəxslər də müəyyən prinsiplərə sadiq olmalı, öz fəaliyyətlərini başqalarının uğurlarını qaralamaq, başqalarının hüquqlarını görməzdən gəlmək üzərində qurmamalıdırlar. Təəssüf edirəm ki, vəkil Adəm Məmmədov öz fəaliyyətini vəkil etikası, qanunvericilik ölçüləri, normal insani münasibətləri gözləmək üzərində deyil, cinayətkarı azadlığa çıxarmaq naminə insanlara şər atmaq, qurama, zorla, ələ almaqla izahatlar almaq yolunu tutub.

Təəssüflər olsun ki, Adəm Məmmədovun mənə qarşı apardığı qara nüfuz kampaniyasına cavab vermək məcburiyyətində qalmışam.
Bildirmək istəyirəm ki, vəkil Adəm Məmmədov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə dələduzluğa görə 10 il müddətinə məhkum edilmiş, əvvəllər də eyni ittihamla məhkum edilib cəzasını çəkmiş Azad Məmmədovun hüquqlarını müdafiə edir. Həmin hökmü Bakı Apellyasiya Məhkəməsi, ardınca Ali Məhkəmə qüvvədə saxlayıb. Həmin cinayət işində 18 (faktiki zərərçəkmiş) şahid, üç zərərçəkmiş şəxs olub. Zərərçəkənlərdən biri mənim anam – Həsənova Sahibə Mahmud qızıdır. Cinayət işi üzrə məhkum edilmiş şəxsin müdafiəsi üçün heç bir əsas olmadığından, hüquqi imkanlar tükəndiyindən vəkil Adəm Məmmədov zərərçəkən anamdan, habelə mənim başqa yaxınlarımdan, psixi xəstə olan imtina etdiyimiz bacımdan, mənim adımdan istifadə etməklə, habelə işə baxmış hakimləri qaralamaqla dələduzluğa görə məhkum edilmiş şəxsin azad edilməsinə çalışır. Vəkil Adəm Məmmədov müxtəlif medialarda mənim adımı hallandırmaqla hüquqlarını müdafiə etdiyi şəxsin işini Ali Məhkəmənin Plenumunun müzakirəsinə çıxarmaq, bu da olmazsa mənə qarşı əsassız şikayətlər təşkil edib adımdan istifadə edərək işi siyasiləşdirməklə cinayətkarın əfv olunmasına nail olmaq istəyir. Bunun üçün davamlı olaraq mediada Azərbaycan kişisinə yaraşmayan üslubda mənim və anamın barəsində təhqir, böhtan məzmunlu ifadələr yayır.

ad
Vəkil Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin işinə Ali Məhkəmənin Plenumunda baxılması üçün şirnikləndirmə və ya qorxutma yolu ilə iş üzrə zərərçəkmiş şəxslərin yeni izahatlarını toplayır. Hətta işdə adı keçməyən şəxslərin izahatları mənə qarşı istifadə edilmək məqsədilə alınır. Onun taktikası bundan ibarətdir ki, cinayətkar Azad Məmmədov heç bir ictimai təhükəli əmələ yol verməyib, guya onun məhkum edilməsi mənim anamın təşkil etdiyi qurama zərərçəkənlərin onun üzünə durması səbəbindən baş verib.

Təəssüf edirəm ki, vəkil Adəm Məmmədov bu işində mənim psixi pozuntuları olan bacımdan pul qarşılığında aldığı izahatdan da istifadə etməyə çalışır.
Bildirmək istəyirəm ki, şəxsən mənim sözügedən cinayət işi ilə heç bir bağlılığım yoxdur. Vəkil Adəm Məmmədovun mənə qarşı aparıdğı kampaniyaya görə tanış olduğum cinayət işi barədə qeyd etmək istərdim ki, bu işdə 18 (faktiki zərərçəkmiş) şahidin, 3 zərərçəkmiş şəxsin adı keçir. Əvvəldə bildirdiyim kimi, anam Azad Məmmədovun dələduzluğuna məruz qalanlardan yalnız biridir. Anam A.Məmmədovun dələduzluğundan 2008-ci ildə şikayətçi olduğu halda digər zərərçəkənlər 2006-cı ildə şikayətçi olublar. Anam digər zərərçəkənləri şikayətçi olduqdan, 2008-ci ildən sonra tanıyıb.
Vurğulamağı vacib hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxslərə hər zaman dürüstlüklə xidmət göstərmişəm, hər zaman vəkil etikasına əməl etmişəm. Təəssüflə qeyd edirəm ki, vəkil Adəm Məmmədov tərəfindən çirkin kampaniyaya məruz qalmağım məni hüququ vasitələrlə özümü qara hücumlardan qorumaq məcburiyyəti qarşısında qoyub.

Bu səbəbdən vəkil Adəm Məmmədovun müdafiə etdiyi cinayətkarı həbsxanadan qurtarmaq, məni ləkələmək naminə heç bir etik, hüquqi və mənəvi ölüçlərə sığmayan əsassız şikayətlərinə və kampaniyasına lazımi cavabı vermək qərarındayam. Bildirirəm ki, bu ən əsası müdafiə etdiyim işlərə görə vəkil Adəm Məmmədovdan istifadə edilən təqib kampaniyasıdır. Artıq bəhs etdiklərimlə bağlı rəsmi qurumlara, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məhkəməyə müraciət etmiş, dürüstlüyümü təsdiqləyən sübutları həmin qurumlara təqdim etmişəm. İnanıram ki, müraciət etdiyim qurumlar gərəkli addımları atacaq, o cümlədən Vəkillər Kollegiyası heç bir etik normaya, vəkilliklə bağlı qanunvericiliyin müddəalarına sığmayan davranışlarına görə Adəm Məmmədov barəsində zəruri tədbirlər görəcək.

Vəkil Elçin Sadıxov”

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Səfir pianoda Azərbaycan mahnılarını ifa etdi – VİDEO

Ötən gün İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani media nümayəndələri ilə görüşüb.  Səmimi ortamda baş …

Bir cavab yazın