Bu gün Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənovla yeni fəaliyyətə başlayan Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin rəhbəri Mirkazım Seyidov arasında görüş olub. Görüşdə ölkədəki mövcud ictimai-siyasi vəziyyət, siyasi partiyalarla hakimiyyət arasındakı dialoq və bundan doğan bəzi addımlar, qarşılıqlı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.
