Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İki nazirlik arasında: Biri deyir oxu, biri deyir, oxumasanız da olar… – (EKSPERT)

İki nazirlik arasında: Biri deyir oxu, biri deyir, oxumasanız da olar… – (EKSPERT)

“Biri deyir VÖEN-i bağlatdırın, o biri deyir ki, bağlatdırmasanız da, birdəfəlik yardım ala bilərsiniz”.
Azinforum.az  xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu İqtisadiyyat Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 manat birdəfəlik müavinət alanlara bağlı fərqli münasibətini şərh edərkən deyib. Onun sözlərinə görə, eyni məsələyə İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fərqli münasibətlər çaşqınlıq yaradır:
“Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (ƏƏSMN) müavini Anar Kərimov 190 manat ala bilməyən vətəndaşlara adlarına olan VÖEN-i ləğv etməyin vacib olduğunu bildirib: “Müraciət edib qısa müddətdə o sistemlərdə VÖEN-lərini ləğv etdirsinlər, bağlatdırsınlar. Bu müavinətdən bəhrələnmək istəyirlərsə, mütləq müraciət edərək o VÖEN-lərə xitam versinlər”. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov da hesab edir ki, “fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər”. Göründüyü kimi, biri deyir VÖEN-i bağlatdırın, o biri deyir ki, bağlatdırmasanız da, birdəfəlik yardım ala bilərsiniz”.
Qubad İbadoğlu190 manatla bağlı bu iki qurumun arasında baş verənləri belə izah edib:
“Əslində nə baş verir? VÖEN-lərin bağlanması İqtisadiyyat Nazirliyinin (əvvəllər də Vergilər Nazirliyinin) maraqlarına uyğun deyil. Çünki, 1 VÖEN ən azı bir və bəzən də bir neçə iş yeri deməkdir. Əgər siz 1 VÖEN-lə bir neçə xidmət müqaviləsi bağlayırsınızsa, bir o qədər də iş yeri sayılırsınız. Odur ki, iş yerlərinin bağlanması statistikasının qarşısı bu yolla alınır. Son illər iş yerlərinın açılması statistikası passiv VÖEN-lərlə xeyli şişirdilib. ƏƏSMN-ə gəlincə, birdəfəlik yardımla bağlı qərarın verilməsi zamanı aktiv və passiv VÖEN-lərə fərq qoyulmalıdır. Belə qərarların verilməsi zamanı müraciət edənlərin passiv VÖEN-ləri olsa da, onlara da müsbət cavab verilməlidir”.
Qubad İbadoğlu eyni zamanda ƏƏSMN-ə bir daha birdəfəlik yardım verilənlərin yaşayış yerləri göstərilməklə siyahını açıqlamağa çağırıb

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …