Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İki həftə əvvəl gəlin köçən qız öldü – Foto + Yenilənib

İki həftə əvvəl gəlin köçən qız öldü – Foto + Yenilənib

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Həsənli kənd sakini olan yetkinlik yaşına çatmayan qız iki həftə öncə Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib.

Onlar üçün təmtəraqlı toy məclisi də qurulub. Hazırda qızın meyiti daxili müayinə üçün ekspertizaya verilib.

Masallı Rayon Prokurorluğundan “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəfat edən qız 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızıdır.

Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, mərhum qızın 16 yaşı olub: “Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …