Bazar , Oktyabr 2 2022
Ana səhifə / Aktual / İki bacının tək qardaşı: Zaqatala şəhidini dəfn etdi

İki bacının tək qardaşı: Zaqatala şəhidini dəfn etdi

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Zaqatalada dəfn edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, leytenant, 1999-cu il təvəllüdlü Sərxan Mübariz oğlu Ömərovun nəşi doğulduğu Yuxarı Tala kəndinə gətirilərək ailəsinə təhvil verilib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq fəxri qarovul düzülüb və yaylım atəşi açılıb. Qeyd edək ki, 23 yaşlı S.Ömərov nişanlıydı, iki bacının yeganə qardaşı idi.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …