Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / II Avropa Oyunları Rusiyada keçirilə bilər

II Avropa Oyunları Rusiyada keçirilə bilər

Rusiya gələcəkdə Avropa Oyunlarının keçirilməsi hüququna iddiasını irəli sürə bilər.

Virtualaz.org saytı xəbər verir ki, bunu Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

“Bakı-2015” I Avropa Oyunları çərçivəsində Azarkeşlər Evinin açılışı mərasiminə qatılan A.Jukov bildirib ki, Bakıda keçirilən I Avropa Oyunlarından sonra digər dövlətlər də bu yarışlara maraq göstərəcəklər.

“Əminəm ki, Bakıda keçirilən I Avropa Oyunlarından sonra xeyli ölkə bu yarışlara ev sahibliyi etməyi arzulayacaq. Rusiya da bu yarışların keçirilməsi hüququna yiyələnmək iddiasını ortaya qoya bilər” – deyə A.Jukov bildirib.

Qeyd edək ki, Avropa Oyunları hər 4 ildən bir keçiriləcək.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın