Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “İH başçısı gəlsin, görək mənə niyə “sən öl” vururdu?” – Müttəhimlər rayon rəhbərinin məhkəməyə gətirilməsini tələb edir

“İH başçısı gəlsin, görək mənə niyə “sən öl” vururdu?” – Müttəhimlər rayon rəhbərinin məhkəməyə gətirilməsini tələb edir

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun (Fətişoğlu) cinayət işi üzrə məhkəmə prosesinə hakim Eldar Mikayılov sədrlik edib.

Məhkəməyə şahidlərin gəlmədiyi məlum olub. Onlar işləri və səhhəti ilə bağlı prosesdə iştirak edə bilməmələri ilə bağlı məhkəməyə teleqram göndəriblər.

Həmin şahidlərdən biri də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovdur. İcra başçısı məhkəməyə göndərdiyi teleqramda işi ilə bağlı məhkəməyə gələ bilmədiyini, istintaqa ifadəsini təsdiq etdiyini qeyd edib.

Teylor İbrahimov isə şahidlərin məhkəməyə gətirilməsini istəyib. O deyib ki, şahidlərin dindirilməsi işin obyektiv araşdırılmasına şərait yaradacaq: “Raqub Məmmədov icra başçısıdır. Onu başa düşdük. Bəs, digərləri niyə gəlmir? Məhkəmədən xahiş edirəm ki, onların məhkəməyə gətirilməsini təmin etsin. İcra başçısının da gətirilməsini istəyirəm. Amma məhkəmə nə qərar verirsə, elə olsun”.

Prosesdə iştirak edən zərərçəkmiş İsmayıl Məmmədov da kştirak edib. O da İH başçəsının dindirilməsini istəyib:

“Qanun qarşısında hamı acizdir. Kimliyindən asılı olmayaraq. İstintaqda ifadə veriblərsə, məhkəməyə də gəlməlidirlər. Mən necə gəlmişəmsə, onlar da gəlsin. İzah etsinlər, görək, pulu necə alıblar. İcra başçısı məni qəbul edib, “sən öl” vurub. İndi gəlib ifadə versin. Gəlsin, görək mənə niyə “sən öl” vururdu? Məhkəmədən xahiş edirəm ki, şahidlər dindirilsin”.

Bildirək ki, İlham Məmmədov icra nümayəndəsi kimi işə düzəlmək üçün 5 min manat verdiyini iddia edir.

T.İbrahimovun vəkili də şahidlərin gətirilməsini tələb edib.

Məhkəmə şahidlərin gətirilməsi üçün prosesi delabrın 26-na təyin edib.

Qeyd edək ki, bu iş üzrə bir neçə zərərçəkmiş var. Onlar işə düzəlmək, həbsdə olan yaxınlarını azadlığa çıxarmaq üçün T.İbrahimova pul veriblər. İsmayıl Məmmədov isə təqsirləndirilən şəxsə 5 min manat verib. Bunun qarşılığında icra nümayəndəsinin müavini təyin olunmalı imiş.

T.İbrahimov sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və 2000-ci ildən Moskvada mühacirətdə yaşayıb.

O, Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda törədildikdə) ilə təqsirli bilinir.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …