Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / İdmançımız qazandığı medalı itirdi- Açıqlama+Video

İdmançımız qazandığı medalı itirdi- Açıqlama+Video

Bir neçə gün öncə Serbiyada keçirilən sambo üzrə avropa çempionatında həmyerlimiz də iştirak edib.

Qafqazinfo” Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Sumqayıtdan olan idmançı Namiq Abbaslı həmin çempionatda gümüş medal qazanıb. Medalı ölkəyə gətirib çıxarsa da Sumqayıtda 7 nömrəli marşrutda itirib.

Aprelin 19-da Serbiyanın Novi Sad şəhərində gənclər və yeniyetmələr arasında sambo üzrə Avropa çempionatı keçirilib. Yarışda 56 kq çəkidə həmyerlimiz Namiq Abbaslı da iştirak edib və gümüş medal qazanıb.  Avropa ikincisinə o medaldan qalan təkcə şəkil olub.

11-ci sinif şagirdi olan Namiq Abbaslı medalın onun üçün çox vacib olduğunu, bu səbəbdən də marşrutdakı bütün avtobuslarda axtardığını deyir. Çünki gümüş medal ona idman akademiyasına daxil olmaq üçün də lazımdır. İdmançı şəhər sakinlərinə müraciət edərək medalın tapılmasında ona kömək etməyə çağırıb.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …

Bir cavab yazın