Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / İDMANÇIMIZ NİYƏ BAŞQA ÖLKƏNİN ADINDAN OLİMPİYA ÇEMPİONU OLDU? – “Onu Cahangir Əsgərovla Azad Rəhimov qovdu”

İDMANÇIMIZ NİYƏ BAŞQA ÖLKƏNİN ADINDAN OLİMPİYA ÇEMPİONU OLDU? – “Onu Cahangir Əsgərovla Azad Rəhimov qovdu”

Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb.

Azinforum.az-ın məlumatına görə, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub.

O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın “Rio-2016″da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

 

n1

 

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb.

Azinforum.az bildirir ki, Nicat Rəhimov kimi perspektivli idmançıya Azərbaycanda lazımi şəkildə diqqət göstərilmədiyi səbəbindən o, Qazaxıstan bayrağı altında çıxış etməyə məcbur olub.  Tanınmış idman yazarı Natiq  Muxtarlı Nicat Rəhimovla bağlı fikirlərini aşağıdakı şəkildə açıqlayıb: 

“Nicat Əli oğlu Rəhimovdu. Bu adamı Azərbaycandan qovdular. Cahangir Əsgərovla Azad Rəhimov qovdu. Adam deyirdi ki, Bolqarıstandan dəvət olunmuş məşqçi idmançıları dopinq qəbul etməyə məcbur edir. Didərgin saldılar Azərbaycandan, qaçdı Qazaxıstana. O gedəndən sonra, Azərbaycanın bütün ağırlıqqaldıranları narkoman çıxdı. Nicat isə Braziliyada Qazaxıstana 77 kq çəki dərəcəsində olimpiya qızılı qazandırdı. Özü də dünya rekordu vurmaqla. Cəmisi 22 yaşı var”.

Azinforum.az bildiri ki, Nicat Rəhimov 2014-cü ilin əvvəlində Azərbaycan mediasına verdiyi müsahibədə Azərbaycan yığmasından imtina etməsinin səbəbini belə izah etmişdi:

“Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var”.

O bildirib ki, komandamızın düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük “əməyi” olub: “O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.

Rəhimov ağırlıqqaldırma idman növünü seçməsini və qazandığı uğurları atasının adı ilə bağlayıb. O, Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərovun atasına “çörək satan” deməsinə də aydınlıq gətirib: “Mən də İsgəndər müəllimə sual verirəm: atam çörək satandırsa, məni İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşdırırdı və necə qalib olurdum? Siz bundan qorxdunuz. Çünki atam keçmiş SSRİ dövründə Azərbaycanın şərəfini qoruyub və məni uşaqlıqdan bu idman növünə özü cəlb edib. Sinqapur Olimpiadasında və Avropa çempionatında onun rəhbərliyi altında qalib olmuşam. 2002-ci ildə “Spartak” İdman Cəmiyyətində baş məşqçi işləyib və sonra öz ərizəsi ilə işdən çıxıb. Bəli, hazırda atam çörək sexinin müdiridi, bəs sən kimsən, həndbolçu…”.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

Azərbaycan Vətən müharibəsi aparır. Hər kəs bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmalı olduğu …

Bir cavab yazın