Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “İdman Azərbaycan”ın adı dəyişdi – AzTV sədrindən yeni qərarlar

“İdman Azərbaycan”ın adı dəyişdi – AzTV sədrindən yeni qərarlar

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişib.
Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, “İdman Azərbaycan” telekanalının adı “İdman TV” olub. Yeni loqoda AzTV-nin, “Mədəniyyət TV”nin və “İdman TV”nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub. 
Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovu AZTV sədri təyin edib.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …