Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Aktual / İcra məmurlarına nəzarət qaydası sərtləşdi

İcra məmurlarına nəzarət qaydası sərtləşdi

Nazirlər Kabinetinin “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edilib.

“Qafqazinfo” xəbər verir ki, qaydalara aşağıdakı dəyişikliklər edilib:

1. I bölmənin 2-ci hissəsinə “İcra baş idarəsi,” sözlərindən sonra “Probasiya xidməti və” sözləri əlavə edilsin.

2. II bölmə üzrə:

2.1. adına “İcra” sözündən sonra “və probasiya nəzarəti” sözləri əlavə edilsin;

2.2. 4-cü hissədə “islah işləri növündə cəzanın” sözləri “islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “vaxtından əvvəl azad edilmiş” sözlərindən sonra “, cəzasının çəkilməsi təxirə salınmış” sözləri əlavə edilsin;

2.3. 5-ci hissədə “icra işinin təşkilində icra qurumunun” sözləri “müvafiq işin təşkilində icra və probasiya qurumlarının” sözləri ilə əvəz edilsin.

Həmçinin oxuyun

Xankəndiyə kimlər qayıdır?

Qarabağa ermənilərin qayıtması prosesi belə görünür ki, yekunlaşır. Rusiya Müdafiə Nazirliyinin yaydığı dünənki məlumata görə, …