Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Aktual / İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar (VİDEO)

İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar (VİDEO)

Sosial şəbəkələrdə Səbail Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb.
İşçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub.
“Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, – sosial şəbəkə istifadəçilərindən biri deyib.
Digər istifadəçi isə “fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, – yazıb.
Səbail Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Report

Həmçinin oxuyun

“Əmək pensiyaları haqqında” qanun yenidən dəyişir – Hərbi qulluqçularla bağlı

Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib.Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna …