Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb, xəsarət alan var

İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb, xəsarət alan var

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Şirvan bürosu xəbər verir ki, hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.

”Report”un əldə etdiyi məlumata görə, qəza törədən “66 AA 155” dövlət qeydiyyat nişanlı “Mercedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.
Hadisə ilə bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın