Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / İcra hakiminin qəza törətmiş sürücüsü sərxoş olub

İcra hakiminin qəza törətmiş sürücüsü sərxoş olub

Mayın 6-da Şəki-Qax avtomobil yolunda ağır yol qəzası baş verib. Azinforum.az-ın məlumatına görə, Qax rayon sakini Azər Qazaxov idarə etdiyi 34 AA 054 nömrəli, “QAZ-3110” markalı minik avtomobilini Kürmük çayının üzərindəki körpüdən aşırıb. Hadisə nəticəsində maşında olan sərnişinlər – Şahid Əhmədov və Vüqar Paşayev ölüb. Avtomobilin sürücüsü və digər sərnişinlər – Asif Məmmədzadə və Firudin Yusifzadə isə xəsarət aldığından xəstəxanaya yerləşdiriliblər.
Qəzada həyatını itirmiş Ş. Əhmədov Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı olub. Elə qəzaya uğramış maşın da icra hakimiyyətinə məxsus olub. Buna görə də, avtomobil “Azərsığorta” DSKŞ-də icbari qaydada sığortalanıb. Bu barədə fins.az-a İcbari Sığortalar Bürosundan məlumat verilib.
“Azərsığorta”nın Qaxdakı filialından isə bildirilib ki, qəza törədən sürücü sərxoş olub. Hadisə araşdırıldıqdan sonra ölmüş və yaralanmış şəxslərə sığorta ödənişi verilə bilər. “İcbari sığortalar haqqında” qanuna əsasən qəza zamanı ölən sərnişinlərə 5 min manat, xəsarət alanlara görə isə 750 manatdan 4000 manata qədər sığorta ödənişi düşür.

Həmçinin oxuyun

“Xəzər TV”nin əməkdaşları Kürdəmirdə restoranda problemlə üzləşdi – VİDEO

“Xəzər TV”nin əməkdaşlarına hücüm olub.Mia.az xəbər verir ki, hadisə Kürdəmir rayonunda çəkliş zamanı baş verib.Xəzər Xəbərin …

Bir cavab yazın