Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Aktual / İcra başçısının qardaşı oğlunun 1 milyonluq qalmaqalı: Həbs olunan var

İcra başçısının qardaşı oğlunun 1 milyonluq qalmaqalı: Həbs olunan var

Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayevə qarşı dləduzluqda ittiham edilən Xəyyam Balayev həbs olunub. 

Bakı Ağır Cinayətlər Məhkəməsində 33 yaşlı Xəyyam Balayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib.

Məlumat üçün deyək ki, Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Yalçın Abdullayev ərizə ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 2015-ci ilin yanvar ayında Qazax rayon sakini Xəyyam Balayev onun etibarından sui-istifadə edərək 965 000 ABŞ dollarını alaraq geri qaytarmayıb.

İstintaq orqanı tərəfindən Xəyyam Balayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Yenisabah.az

Həmçinin oxuyun

46 yaşında Bakı Ali Neft Məktəbinin tələbəsi oldu – Foto

Bu il Bakı Ali Neft Məktəbinə Biznesin idarəedilməsi (MBA) proqramı üzrə qəbul olan 50 tələbədən …