Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İcra başçısının qəbulunda ŞOK OLAY… – Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ

İcra başçısının qəbulunda ŞOK OLAY… – Şikayətçiyə cavab verə bilməyən müavin İSTEFA VERDİ

Ağsu rayon icra başçısının ikinci müavini Mikayılov İqbal Şahbaba oğlu istefa verib.

Rayona yeni icra başçısı təyin olunmuş Vahid Tağıyevin əhalini qəbul zamanı sakinlərdən birinin məsələsinə baxılıb.

Baku.ws-in əldə etdiyi məlumata görə, həmin şəxs probleminin həll olunmadığı üçün İ.Mikayılovdan şikayətçi olub. O isə ittihama cavab verə bilməyib.

Nəticədə vəzifəsindən istefa verməli olub.

***

Ağsu rayon icra başçısının köməkçisi Vüqar Atakişiyev isə Axar.az-a açıqlamasında faktı nə təsdiq, nə də təkzib edib.

“Siz məgər mediada hər yazılana inanırsınız?” – deyə V.Atakişiyev bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …