Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / İcra başçısının oğlu 1 milyon manata obyekt aldı – Sabiq nazirin dayısı oğlu biznesini böyüdür + FOTO

İcra başçısının oğlu 1 milyon manata obyekt aldı – Sabiq nazirin dayısı oğlu biznesini böyüdür + FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.
İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib.
Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.
Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır/unikal.org
Onu da qeyd edək ki, D.Seyidəliyev həm də sabiq nazir Səlim Müslümovun dayısı oğludur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …