Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İcra başçısının müavini prokurorluqda DİNDİRİLDİ

İcra başçısının müavini prokurorluqda DİNDİRİLDİ

Xəbər verdiyimiz kimi, 162 nömrəli məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən cinayət işi ilə bağlı Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə vermək üçün Bakı Şəhər Prokurorluğuna çağırılıb. Elina Hacıyevanın intiharı ilə bağlı onun ifadəsi alınıb.

Xəbəri Səbail Rayon İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.Ü

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …