Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / İCRA BAŞÇISININ ADI “MTN İŞİ”NDƏ… – Kürəkənini saxta səndlə MTN-ə düzəldib

İCRA BAŞÇISININ ADI “MTN İŞİ”NDƏ… – Kürəkənini saxta səndlə MTN-ə düzəldib

Raqub Məmmədovun bir neçə şəxsi Eldar Mahmudovun dəstəsinin vasitəsilə nazirlikdə işə qəbul etdirdiyi iddia olunur

Ağdam rayon icra hakimiyyətinin indiki başçısı, MTN-nin Tərtər rayon şöbəsinin sabiq rəisi Raqub Məmmədov bir neçə şəxsi MTN-nin rəhbərliyindəki cinayətkar dəstənin vasitəsilə nazirlikdə işə qəbul etdirib. Bu şəxslərdən biri də onun öz kürəkəni Bayramov Pərviz Hüseyn oğludur.
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun qanunsuzluqları və digər bu kimi əməllərlə bağlı mediada gedən məlumatların ard-arası kəsilmir.

Belə bir növbəti məlumat isə gunxeber.com-un elektron poçtuna göndərilən məktubda öz əksini tapıb. Həmin məktubu bəzi redaktə və korrektələrlə təqdim edirik: “Bildiririk ki, Ağdamın icra başçısı Raqub Məmmədov kürəkənini təhsili olmadığı halda saxtakarlıqla MTN-nə işə qəbul etdirib. Akif Çovdarov və Tehran Babatov MTN-nə kadr yığarkən onların təhsilinin olub-olmamasına heç fikir verməyiblər və əsas danışıqlar pulla bağlı olub. Bunların istədiyi pulu verən şəxsin hətta ali təhsil haqqında saxta sənədlə işə düzəlməsi də mümkün olub.
Məlumata görə, bu işdə əsas vasitəçilər də MTN-nin öz işçiləri olublar. Məsələn, Ağdam rayon Icra Hakimiyyətinin indiki başçısı, MTN-nin Tərtər rayon şöbəsinin sabiq rəisi Raqub Məmmədov bir neçə şəxsi MTN-nin rəhbərliyindəki cinayətkar dəstənin vasitəsilə nazirlikdə işə qəbul etdirib. Bu şəxslərdən biri də onun öz kürəkəni Bayramov Pərviz Hüseyn oğludur. Raqub Məmmədov MTN-nin Tərtər rayon şöbəsinin rəisi olanda Pərviz Bayramovun MTN-də işə qəbuluna vasitəçilik edib.
Məlumata görə, bu əməliyyat Pərviz Bayramovun Ağdam rayonunda məktəb direktoru işləyən atası Hüseyn Bayramova 60 min manata başa gəlib.
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına ünvanladığımız sorğuya aldığımız cavab bizi sözün əsl mənasında şoka saldı. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldğımız 16.11.15 tarixli 04/1519 saylı rəsmi cavabda qeyd edilir ki, 01.12.1978 təvəllüdlü Bayramov Pərviz Hüseyn oğlu 1995/1996-cı tədris ilində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulla keçirilmiş test imtahanında iştirak etmiş və heç bir təhsil müəssisəinə qəbul olunmamışdır”.

TQDK-esasTələbə Qəbulu üzrə Dövlət Komissiyasının cavabında daha sonra o da vurğulanır ki, Pərviz Hüseyn oğlu Bayramovun ali və ya orta ixtisas müəssəsini bitirməsi haqqında “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində heç bir məlumat mövcud deyil.
Bu sənəd Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun kürəkəni Pərviz Bayramovun ali təhsil almadığını, MTN-nə saxta sənədlə işə qəbul olunduğunu üzə çıxarır.

Məlumata görə, ali təhsili olmadan saxta sənədlə Pərviz Bayramovun MTN-ə işə qəbulunda Akif Çovdarovla Tehran Babatov əsas rol oynayıblar. Yəni Raqub Məmmədov bu şəxslərlə əlbir olaraq, Pərviz Bayramovun saxta sənədlə 60 min manat müqabilində MTN-nə işə qəbuluna nail olub.

Məlumata görə, Pərviz Bayramov hazırda MTN-nin Şamaxı şöbəsində çalışır. Bir neçə gün öncə Akif Çovdarov, Tehran Babatov və digərlərinin küllü miqdarda rüşvət hesabına MTN-nə qəbul etdikləri şəxslərdən bəziləri işdən qovlan zaman Pərviz Bayramovun da karyerasına təhlükə yaranıb. Yenə də bu dəfə məsələyə Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov müdaxilə edib və kürəkənini işdə saxlada bilib. Məlumata görə, Raqub Məmmədova bu qanunsuzluğu ört-basdır eləməkdə yüksək vəzifəli məmurlardan biri yardım edib”.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın