Cümə , Aprel 19 2024
Ana səhifə / İcra başçısından məşhur yazıçıya sərt qadağa qoyulub

İcra başçısından məşhur yazıçıya sərt qadağa qoyulub

Daşkəsəndə yazıçı Çingiz Abdullayevin kitablarının satışı qeyri-rəsmi qadağan olunub.

Azinforum.az Axar.az-a istinadən xəbər verir ki, çox mühüm qaynaqdan əldə edilən məlumata görə, rayon icra başçısı Əhəd Abıyev yazıçının əsərlərinin satışını onun “Neftçi” prezidenti seçilməsinə etiraz olaraq bu gündən yasaqlayıb. Daşkəsəndə fəaliyyət göstərən kitab mağazalarında Ç.Abdullayevin romanları yığışdırılıb. İcra başçısının bu addımı atmasına səbəb onun “Xəzər-Lənkəran” azarkeşi olmasıdır.

Masallıda anadan olan icra başçısı cənub klubunun fanatıdır və ona dəstək verir. Lənkəran komandasının maliyyəçisi Mübariz Mənsimovun da Masallıdan olması Ə.Abıyevin klubun əzəli rəqibi “Neftçi”yə antipatiyası ilə müşahidə olunur.

Ç.Abdullayevin “Neftçi”yə rəhbər gətirilməsinə də ilk etiraz məhz Daşkəsəndən başlayıb və kitabları “samizdat” elan olunub.

Xatırladaq ki, yazıçı prezident seçilməsini belə şərh edib: “Bu təklifi eşidən kimi razılıq verdim. Son iki gündə bu barədə çox oxudum. Mən futbolu çox sevirəm. Biz hüquq fakültəsində oxuyanda – 1976-cı ildə böyük komanda yaratmışdıq. Hətta həmin vaxt “Neftçi”ni də məğlub etmişdik. O vaxt başa düşürdüm ki, məndən güclü oynayanlar var. İndi görürəm ki, mənim bu təyinatımı tənqid edənlər var. “Yazıçının futbolda nə işi var?” deyənlər var. Amma mən futbolu bilirəm. Ona da söz verirəm ki, meydana çıxmayacam”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın