Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İcra başçısı “yoxa çıxan” yeznəsinin yerinə onu vəzifəyə gətirdi

İcra başçısı “yoxa çıxan” yeznəsinin yerinə onu vəzifəyə gətirdi

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru vəzifəsinə müvəqqəti təyinat olub.

Şirkətə rəhbərlik Rauf Hüseynova həvalə edilib.

O, indiyə qədər “Sumqayıt Nəqliyyat”ın direktor müavini olub və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş Xannı Rüstəmovu əvəzləyib. (Report)

Maraq üçün onu da əlavə edək ki, “Sumqayıt Nəqliyyat” MMC-nin yoxa çıxan rəhbəri Sumqayıtın icra başçısı Zakir Fərəcovun qohumudur. Bəzi məlumatlarda Xannı Rüstəmovun Zakir Fərəcovun bacısının həyat yoldaşı olduğu deyilir. İnternet resurslarında “Sumqayıt Nəqliyyat” MMC ilə bağlı tirajlanan məlumatlarda da Xannı Rüstəmov icra başçısının yeznəsi kimi təqdim edilir. Ölkədən külli miqdarda pulla qaçdığı deyilən X.Rüstəmov isə mətbuata açıqlamasında qaçmadığını, Azərbaycanda olduğunu bildirmişdi.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …