Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / İcra başçısı rayon ictimaiyyətini topladı: Heydər Əliyevlə bağlı tədbir + FOTOLAR

İcra başçısı rayon ictimaiyyətini topladı: Heydər Əliyevlə bağlı tədbir + FOTOLAR

Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ilə əlaqədar paytaxtın Nəsimi  rayonunda silsilə tədbirlər keçirilir, idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilir. 
İH-dən Azinforum.az-a  verilən məlumata görə, Nəsimi  rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında   Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə çıxış edən  Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.
Bildirib ki, Ümummilli Lideri mənsub olduğu xalqa bəxş edən günün özü də ümummilli önəm daşıyır: 
“Milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti bu tarixin özü ilə eyniləşir, bu dövrün başlıca mahiyyətini təşkil edir. Heydər Əliyev çağdaş Azərbaycanın tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq ölkəsini tənəzzüldən tərəqqiyə qovuşdurub.
 Dövlətmizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Ölkə cəmiyyətindən daim dəstək alan, ənənə ilə novatorluğun, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Prezident İlham Əliyevin qazandığı ümummilli etimad və beynəlxalq dəstək Heydər Əliyev siyasi irsinin böyük qələbəsi, ölkəmizin isə uğurlu gələcəyinin qarantıdır”.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Heydər Əliyevi Azərbaycan xalqının taleyinə düşən ən qiymətli şəxsiyyətlərdən biri kimi xarakterizə edərək bildirib ki, Ulu Öndər daima Azərbaycanı düşünüb, onun rifahı üçün çalışıb: “Bunun nəticəsidir ki, Azərbaycan hər kəsin fəxr etdiyi bir ölkəyə çevrilib”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu gün gənclərimizin bayramıdır: “Çünki müstəqilliyimizin ilk illərində gənclərimizin taleyi sual altında idi. O vaxtlar hər bir ailə uşağının taleyini fikirləşirdi, ölkədən çıxartmaq haqqında düşünürdü. Amma indi Azərbaycan gəncliyi Ulu Öndərin apardığı yorulmaz fəaliyyət nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır. Ulu Öndər Azərbaycan xalqının milli düşüncəsini, kimliyini özünə qaytarıb”.
Tədbirdə Milli Məclisin deputatları Fəttah Heydərov, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Azər Badamov, İlham Məmmədov,   Məlahət İbrahimqızı,  Ülvi Quliyev, Kamran Nəbizadə,Kamilə Əliyeva, Mahir Aslanov,  Auditorlar Palatasının Sədri Vahid Novruzov,  Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov və digər rəsmi qonaqlar iştirak edirdilər.
Tədbirdə əməkdar artistlər İlqar Muradov və Aygün Bəylərin ifaları mərasimi daha rəngarəng etmişdir.Tədbirdə  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …