Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / İcra başçısı Prezidentə şikayət yazan şəhid atasını hədələyib: “Dedi ki…”

İcra başçısı Prezidentə şikayət yazan şəhid atasını hədələyib: “Dedi ki…”

Zərdab rayonu Böyükdəkkə kənd sakini, aprel şəhidi Nurlan Abdullayevin atası Abdullayev Rasim Tapdıq oğlu Mia.az-a şikayət məktubu göndərib.
Şəhid atası bildirir ki, oğlu Nurlan Abdullayev 05 aprel 2016-cı il tarixdə şəhid olub: “Nurlan ailəmizin yeganə oğlu idi. Mən oğlum Nurlanın vətənin azadlığı uğrunda şəhid olmasından fəxr edirəm.Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayev onun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə şikayət etdiyim üçün ailəmizi təzyiqlərə, hədələrə məruz quyub”.
Şikayətçi yazır ki, evi yaşamağa yararsız vəziyyətdə olduğu üçün preziden cənab İlham Əliyevə ərizə ilə müraciət edib, yeni mənzil inşa edilməsinə köməklik göstərməsini xahiş edibmiş:
“Həmin ərizəm icra olunması üçün Zərdab rayon icra hakimiyətinə göndərildi.Bundan hiddətlənən Lütvəli Babayev məni və həyat yoldaşımı hədələyib təhqqir edib dedi ki, oğlunuzun şəhid adını əlindən aldıracam, mən bunu bacararam…”.
Şəhid atası yazır ki, özü də Qrabağ müharibəsi veteranıdır: “Qaynım Mustafayev Qaraoğlan Ağamirzə oğlu 1-ci qrup Qarabağ müharibəsi əlilidir. Mənim oğlum şəhid Nurlan hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu…
 Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm, gəlib bizim ailə vəziyyətimizi, ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz”.
Şikayətlə bağlı qarşı tərəfdən mövqe öyrənmək mümkün olmayıb. İcra başçısını da dinləməyə hazırıq.

 

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …