Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / İcra başçısı özünə yeni müavin təyin etdi

İcra başçısı özünə yeni müavin təyin etdi

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

“Qafqazinfo”nun məlumatına görə, rayon rəhbəri Seymur Orucov İbrahimov Kənan İlham oğlunu icra başçısının müavini, Sosial–iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Mehdiyev Naqif Vaqif oğlu isə İnformasiya təminatı və təhlil sektoru müdiri vəzifəsinə təyinat alıb.

İcra başçısının digər əmri ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə hələ yeni təyinat olmayıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …