Şənbə , May 25 2019
Ana səhifə / Aktual / İcra başçısı oğlunu azad etdirdi

İcra başçısı oğlunu azad etdirdi

Ötən il sentyabrın 27-də paytaxtın Səbail rayonunun icra başçısı Asif Əsgərovun 17 yaşlı oğlu Ilham Əsgərli tərəfindən törədilən və “Mc Donalds’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası baş vermişdi. 13 may 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə çıxarılan hökmə əsasən, Ilham Əsgərli 5 il 6 ay, onunla birlikdə mühakimə olunan, yük maşınının sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onların hər ikisi məhkəmə zalında həbs olunmuşdu.

İyunun 29-da isə Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2015-ci ildə İlham Əsgərli haqda çıxarıdığı 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasını dəyişərək, onun 3 il müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edib.

Əhliman Süleymanova verilmiş 6 il müddəti isə dəyişdirilmədən saxlanılıb.

Prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulov sədrlik edib.

Həmçinin oxuyun

Musa Yaqub, Ramiz Rövşən “Xalq şair”i oldu- Tam siyahı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb. Azinforum.az xəbər …

Bir cavab yazın