Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Aktual / İcra başçısı Musiqi məktəbinin direktorunu özünə müavin təyin etdi – İctimai-siyasi məsələlər üzrə + FOTO

İcra başçısı Musiqi məktəbinin direktorunu özünə müavin təyin etdi – İctimai-siyasi məsələlər üzrə + FOTO

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov  özünə yeni müavin təyin edib. 

Azinforum.az  Unikal.org-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovun əmri ilə Ceyran XəlilovaSabirabad rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

O, bu təyinata qədər Sabirabad rayon Ü.Hacıbəyli adına Musiqi məktəbinin direktoru vəzifəsində çalışıb.

Xəbəri Sabirabad rayon İcra Hakimiyyətindən  təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Babayeva Şahnaz Feyzulla qızı öz ərizəsi ilə işdən çıxıb.

Həmçinin oxuyun

Düşmən daha bir tarixi abidəmizin “erməni kilsəsi” adı altında “bərpası”na başladı-FOTOLAR

Azərbaycanın 28-ci ildir ki, işğal altında qalan Xocavənd rayonunun Tuğ kəndində daha bir tarixi abidəmiz …