Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / İcra başçısı məzuniyyətə çıxır: – “El ağsaqalları öz xeyir-duasını verdi”

İcra başçısı məzuniyyətə çıxır: – “El ağsaqalları öz xeyir-duasını verdi”

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb.

Bu barədə Modern.az-a icra başçısı özü məlumat verib.

A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş şəxslər bu işdə aktiv fəaliyyət göstərdilər. Bizim yaşadığımız ərazidə də oldular. El ağsaqalları öz xeyir-duasını da verdi. Hamımız üçün uğurlu olsun inşallah”.

İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq:

“Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …