Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / İcra başçısı köməkçisini işdən çıxardı

İcra başçısı köməkçisini işdən çıxardı

Yevlax Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

“Qafqazinfo”nun xəbərinə görə, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyev köməkçisi Taleh Rəşidovu vəzifəsindən azad edib. İcra başçısının əmrinə əsasən, bu vəzifəyə İsmayılov Sərvər Dayandur oğlu təyin edilib. 

İcra başçısının digər əmri ilə Mirtofiq Bəşirov vakant olan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. 

Köməkçi vəzifəsindən azad edilən T. Rəşidov isə Yevlax RİH-də Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə gətirilib. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …