Ana səhifə / Aktual / İcra başçısı həbs edilən rayonun deputatından İlqar Məmmədova cavab: “Məsuliyyət daşımırıq”

İcra başçısı həbs edilən rayonun deputatından İlqar Məmmədova cavab: “Məsuliyyət daşımırıq”

“Bu mülahizənin əsası yoxdur. İlqar Məmmədovun bu təklifi heç bir baxımdan özünü doğrultmur və düşünülmədən deyilmiş fikirdir”.

Bunu Pravda.az-a açıqlamasında 108 saylı Ağstafa seçki dairəsinin deputatı Nizami Cəfərov deyib.

Milli Məclisin üzvü qeyd edib ki, icra başçıları deputata tabe olmadığı üçün deputat onların hansısa fəaliyyəti ilə bağlı heç bir məsuliyyət daşımır: “Eləcə də, deputatın fəaliyyəti icra başçısına məsuliyyət yükləmir. Çünki biri qanunverici, digəri isə icraedici orqandır. Son dövrlər dünyanın hər yerində demokratiyanın inkişafı özü ilə çoxlu uğurlarlar gətirsə də, bəzən məsələnin mahiyyətini bilməyən adamların ümumiləşdirmə apararaq şərh etməsi ictimai şüur üçün təhlükə yaradır. Bəzi adamlar həmin fikirlə bağlı düşünürlər ki, bu, doğrudan da, belədir. Nəticədə isə  xoşagəlməz davranışlar ortaya çıxır. Bu da öz növbəsində idarəçilik texnikasını zədələyir”.

Qeyd: REAL Partiyanın sədri İlqar Məmmədov öz feysbuk hesabında qeyd edib ki, həbs edilən icra baçılarının sayı artsa da, həmin rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir.

Həmçinin oxuyun

Bu gün Azərbaycan Ordusunun təlimləri başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən …