Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Aktual / İcra başçısı gecəyarısı yanan əraziyə gəldi – Foto

İcra başçısı gecəyarısı yanan əraziyə gəldi – Foto

Xəbər verdiyimiz kimi, ötən gecə Şamaxının Zəylər kəndində taxıl zəmilərində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, gecə saatlarında Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov hadisə yerinə gəlib. İcra başçısı fermerlərlə və kənd sakinləri ilə görüş keçirib. Həmçinin T.Məmmədov kənd sakinlərinin əraziyə keçməməsi üçün tapşırıq verib. O, yanğın söndürülənə kimi ərazidə olub. 

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də  gecə saatlarında yanğın baş verən ərazidə olublar. 

Qeyd edək ki, yanğın əvvəl otlaq sahəsində  baş verib. Daha sonra isə  biçilməmiş taxıl zəmilərinə keçib. Kənd sakinlərinin sözlərinə görə, 1000 hektar taxıl sahəsi yanıb.  Bunun da 100-150 hektarı biçilməmiş taxıl sahəsinin payına düşür. 
Yanğın baş verən ərazi kənd  ərazisinə yaxın olduğu üçün bir nəfər kənd sakininin minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb. Yanğının kəndlərə və meşə sahəsinin keçməsinin qarşısı alınıb və səhər saat 6 radələrində tam söndürülüb. 

Həmçinin oxuyun

Azərbaycanda orta aylıq əmək haqqı nə qədərdir?

Azərbaycanda orta aylıq nominal əmək haqqı 581,2 manat (cari məzənnə ilə $341,9 – İF-Az) təşkil …