Ana səhifə / Aktual / İcra başçısı erməni himninə etiraz edən idmançıya “Fəxri Fərman” verdi

İcra başçısı erməni himninə etiraz edən idmançıya “Fəxri Fərman” verdi

Tanınmış idmçançı, beynəlxalq dərəcəli idman ustası Şəhriyar Abbasov və Bəxtiyar Abbasov qardaşları ilə Xocavənd rayon İcra Hakimiyyətində görüş keçirilib. Bu barədə Modern.azsaytına Xocavənd İcra Hakimiyyətindən məlumat verilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və  rayon ictimaiyətinin nümayəndələri iştirak edirdilər.Eyvaz Hüseynov bildirib ki, Şəhriyar və Bəxtiyar Abbasov qardaşları bütün xocavəndlilərin fəxridir: “Fərəhli haldır ki, bu gün bütün Azərbaycan onlarla fəxr edir”.

İcra başçısı Bəxtiyar Abbasovun Moskvada keçirilən sambo idman növü üzrə yarışda Ermənistan himnini oturaraq dinləməsinə münasibət bildirərək qeyd etdi ki, xocavəndlilər onun hərəkətini anlayışla qarşılayırlar: “Bəxtiyar Abbasov Moskvadakı yarışda yarımfinala gələnə kimi xal vermədən bütün rəqiblərini məğlub edib. Finala çıxmaq üçün keçirilən görüşdə onu rus samboçusuna uduzdurublar. Hakimlər ona xəbərdarlıq verərək qəsdən uduzdurublar. Əgər finala çıxsaydı, Bəxtiyar ermənini asanlıqla məğlub edəcəkdi”.

E.Hüseynov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunub doğma yurdlarımız yandırılaraq talan edilib, soydaşlarımız soyqırımına məruz qalıblar: “Neçə illərdir ki, bizə, bütün Azərbaycana qarşı bu haqsızlıq davam edir və indi Moskvada da idmançımıza haqsızlıq ediblər. Bəxtiyar bu haqsızlığa qarşı, ermənilərin törətdikləri cinayətlərə, Azərbaycanın başına gətirilən müsibətlərə, bir sözlə, bütün haqsızlıqlara qarşı öz münasibətini belə bildirib”. Azərbaycanımızın adını daim uca tutduqlarına qatıldıqları yarışlarda ölkəmizi hər zaman layiqincə təmsil etdiklərinə  görə idmançılara öz təşəkkürünü bildirən Rayon İcra Hakimiyyətinin Başçısı  gələcək fəaliyyətlərində onlara uğurlar arzulayaraq, hər iki idmançını  müvafiq Sərəncamı ilə  təsdiq olunmuş “Fəxri Fərman”-lar və xatirə hədiyyələri ilə təltif edib.

Tədbirin sonunda Şəhriyar və Bəxtiyar qardaşlarının döyüş yolundan bəhs edən video rolik nümayiş olunub.

Qeyd edək ki, ölkəmizdə, eləcə də beynəlxalq aləmdə tanınan, bütün xocavəndlilərin fəxri olan rayon sakinləri – Cüdo və sambo üzrə idman ustası, pankration üzrə beynəlxalq dərəcəli idman ustası, cüdo və sambo üzrə Azərbaycan üzrə çempionu, pankration üzrə Avropa çempionatının finalçısı,  pankration üzrə Asiya açıq çempionatının çempionu, pankration üzrə dünya çempionu , döyüş sambosu üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu “Azerbaijan Fight Club” klubun prezidenti, Azərbaycan Pankration Federasiyasının və MMA idman növləri üzrə MMA Vitse-Prezidenti, həmçinin GEFC Qarışıq Təkbətək Döyüşlər Beynəlxalq Liqasının Vitse-Prezidentidi  Şəhriyar Abbasov və onun qardaşı -Pankration üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya Kuboku çempionu, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən  «Vətən uğrunda medalı» ilə təltif olunub.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın