Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “İcra başçılarına daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar” – Deputat

“İcra başçılarına daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar” – Deputat

“Dövlət Təhlükəsizliyi Xidməti bir çox rayonlarda əməliyyat həyata keçirsə də, bəzi rayonlarda bundan nəticə çıxarılmayıb. Rayonlarda qanunsuz əməllər davam edir”.

Bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib.

F. Mustafa bildirib ki, qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçay və digər rayonlardır:

“Dünən həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başaqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Bəlkə elə buna görə, əgər onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması, bəlkə də işin xeyrinədir”.

Reyting.az

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …